Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində yarış həftəsinin ən çox gözlənilən tədbirlərindən biri – Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən Fan Zonada baş tutub.
Səhnədə təşkil olunan sessiyada dünya şöhrətli Formula 1 pilotları azarkeşlərlə ünsiyyət quraraq onların suallarını cavablandırıb, avtoqraf verib və xatirə şəkilləri çəkdiriblər. Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar sevimli pilotlarını yaxından görmək və yarış həyəcanını birgə yaşamaq imkanı əldə ediblər.
Cümə günü keçirilən Fan Forumda Racing Bulls, Williams, McLaren, Kick Sauber və Aston Martin komandalarının üzvləri iştirak ediblər. Şənbə günü isə digər komandaların pilotlarının fanatlarla görüşü nəzərdə tutulub.
Beləliklə, Fan Forum həm pilotlar, həm də azarkeşlər üçün yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency