Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev “Euronews” televiziyasına müsahibə verib.

 “Euronews” televiziyası Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə dair reportaj yayımlayıb.  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev mötəbər idman yarışına hazırlıqlarla bağlı televiziyaya müsahibə verib.

"Formula 1 qlobal miqyasda genişlənən və inkişaf edən bir idman növüdür. Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır. Turizmdən əldə edilən gəlirlər, xarici qonaqların şəhərə olan marağı və iqtisadiyyata verdiyi töhfə 2016-cı ildən bəri hər il daha da artmaqdadır"- deyə M.Fərzullayev bildirib.

Reportajda yarış həftəsində paytaxt Bakıda böyük sayda turist axını və azarkeş kütləsinin gözlənildiyi, ötən illə müqayisədə tribunaların tutumunun 35 faiz artdığı vurğulanıb. “Euronews”-da 13-15 sentyabr tarixlərində baş tutacaq Bakı yarışının təşkilində 1500 -ə yaxın əməkdaşın, 2000 könüllü və 1400 -dən çox marşalın cəlb olunması, şəhərdəki otellərin tam tutumu faktı, Bakı Halqasının ərsəyə gəlməsində istifadə olunan ən son texniki yeniliklərin tətbiqi, yol infrastrukturundakı müsbət dəyişikliklər,  təhlükəsizlik və ətraf mühitin qorunması məsələləri də yer alıb.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency