Bakı Şəhər Halqasının təşəbbüsü: Qrossmeyster Teymur Rəcəbov Ferrari pilotları ilə şahmat taxtası arxasında!

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ərəfəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşəbbüsü ilə idman və mədəniyyətin qovuşduğu unikal bir layihə həyata keçirildi. Azərbaycanın dünya şöhrətli şahmat ustası, FIDE Dünya Kubokunun qalibi, şahmat üzrə qrossmeyster Teymur Rəcəbov Ferrari komandasının ulduz pilotları – Lyuis Hamilton və Şarl Lekler ilə dostluq oyunu keçirdi.

 

Bu eksklüziv görüş Azərbaycan Qran Prisi 2025 ərəfəsində Bakı Şəhər Halqasının Paddock ərazisində baş tutdu. Layihə şahmatın strateji düşüncə və intellektual gücü ilə Formula 1-in sürət və texnologiyaya əsaslanan dünyasını bir araya gətirərək iki idman növünün ortaq dəyərlərini – dəqiqlik, diqqət və taktikanı ön plana çıxardı.

 

Oyunun sonunda qrossmeyster Teymur Rəcəbov pilotlara Azərbaycan xalçaçılıq sənətinin incəliklərini və şahmat mədəniyyətini özündə birləşdirən xüsusi hazırlanmış xalçaları təqdim etdi. Bu simvolik hədiyyə həm qədim ənənələrin, həm də müasir yaradıcılığın parlaq təcəssümü kimi qlobal auditoriyaya təqdim olundu.

 

Görüşdən hazırlanmış video artıq Scuderia Ferrari-nin rəsmi “Instagram” səhifəsində paylaşılaraq milyonlarla azarkeşə təqdim olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla izlənilir.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency