Bakıda sürətin ritmə çevrildiyi an: Anyma ilə musiqi və avtoidmanın nəfəskəsən gecəsi!

Sentyabrın 19-u Formula 1 atmosferinə dünyanın ən yenilikçi elektron musiqi layihələrindən biri olan Anyma öz imzasını atacaq!

 

Beləliklə, bu ilin ən çox gözlənilən tədbirlərindən biri olan Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 yalnız sürət, rəqabət və texnologiya ilə deyil, həm də qeyri-adi musiqilər ilə yadda qalacaq. 

 

Bu, sadəcə konsert deyil, reallıqla fantaziyanın sərhədlərini pozan audiovizual şoudur. Anyma səhnədə təkcə musiqi ifa etmir, o, texnologiya, animasiya, işıq effektləri və emosional vizuallar vasitəsilə dinləyicini paralel bir dünyaya özüylə səfərə çıxarır. Onun çıxışı sanki futuristik sənət qalereyasında canlı performansa baxmaq kimidir.

 

Qran Pri idman yarışı olmaqla bərabər, həm də festival abu-havasıdır. Hər il olduğu kimi bu il də Bakıda təşkil olunan yarış həftəsonu izləyicilərə unudulmaz anlar vəd edir. Anyma-nın çıxışı bu gecələrin zirvəsi olacaq – motorsportun həyəcanı, şəhərin enerjisi və elektron musiqinin hipnozedici təsiri birləşərək valehedici bir təcrübəyə çevriləcək.

 

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə 4 günlük bilet sahibləri konsertdə iştirak edə biləcəklər. Geri sayım artıq başladı. Unudulmaz gecənin bir hissəsi olmaq istəyirsənsə, biletini almağa tələs!

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency