Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) nəzdində fəaliyyət göstərən klub üzvləri bir araya gələrək, ötən ilki yarışın nəticələri, marşallar üçün təlim planı, həmçinin, Formula 1 2022 mövsümünün reqlamentindəki dəyişiklikləri müzakirə ediblər. Tədbirdə 100-ə yaxın rəhbər marşal iştirak edib.
Bildiririk ki, 2016-cı ildə “yarış rəsmiləri” üçün təlimlər xarici rəhbər marşallar tərəfindən keçirilirdisə, 2017-ci ildən etibarən bu təlimlər peşəkar yerli rəhbər marşallar tərəfindən aparılır. Son altı il ərzində marşallar üçün yaradılmış təlim və kommunikasiya sistemi Formula 1 Azərbaycan Qran Prisinin mütəşəkkil təşkili üçün öz töhfəsini verməkdədir.
10-12 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində 1400 marşal iştirak edəcək ki, onlardan 100 nəfəri xarici vətəndaşlardır.
Qeyd edək ki, Bakı Marşal Klubu 2016-cı ildən etibarən fəaliyyət göstərir.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency