Antonelli karyerasında ilk “Böyük Dəbilqə”sini qazandı və Monako Qran-prisinin qalibi oldu

Mercedes komandasının pilotu Kimi Antonelli Monako Qran-prisinin qalibi olub. O mövsümdə ardıcıl beşinci qələbəsini qazanıb.

 

Monako Qran-prisi bir daha sübut etdi ki, yarışın taleyi çox vaxt sıralama turunda həll olunur. Bu həftəsonu hava şəraiti də sabit olub və yarışın gedişinə təsir göstərməyib.

 

Çempionatın lideri Kimi Antonelli yarışa poul mövqeyindən start verib. Bir gün əvvəl 19-yaşlı italiyalı mükəmməl təsnifat mərhələsi keçirib. İlk cərgədən Maks Ferstappen də start alıb. Lakin dördqat dünya çempionu üçün yarış uzun çəkməyib. “Red Bull”un pilotu startda yerindən tərpənə bilməyib və bütün pelotonu buraxıb. Bir qədər sonra isə güc qurğusunda yaranan problem səbəbi ilə pitdə dayanaraq yarışı vaxtından əvvəl başa vurub.

 

Antonelli yarışa inamla liderlik edib. Startdan sonra onun əsas rəqibləri Lyuis Hemilton və Şarl Lekler olublar. Onların arxasında isə Ayzek Hadjar və Corc Rassell arasında gərgin mübarizə gedib. Mercedes pilotu uzun müddət rəqibinə təzyiq göstərsə də, fransalı sürücü bütün hücumların qarşısını almağı bacarıb.

 

Monako Qran-prisi çoxsaylı cəzalarla da yadda qalıb. Cərimə alan pilotlar arasında Hemilton, Rassell, Pyer Qasli, Oskar Piastri, Franko Kolapinto, Serxio Peres və Karlos Sayns yer alıblar. Yarış hazırkı dünya çempionu Lando Norris üçün də uğursuz alınıb. Britaniyalı əvvəlcə batareya ilə bağlı problemlərdən şikayətlənib, daha sonra isə yarışı dayandırmağa məcbur olub.

 

Yarışın son hissəsində maraqlı hadisələr baş verib. 60-cı dövrədə Lens Stroll son döngədə bolidini baryerə çırpıb. Bundan sonra trasa təhlükəsizlik avtomobili çıxıb. Pilotların əksəriyyəti bundan istifadə edərək son pit-stoplarını həyata keçiriblər.

 

Restartdan sonra yarış uzun sürməyib. Bir neçə dövrə sonra Şarl Lekler həmin son döngədə səhvə yol verərək baryerə çırpılıb. Nəticədə yarış qırmızı bayraqlarla dayandırılıb və fasilə 37 dəqiqə davam edib.

 

Yenidən start verildikdən sonra son 10 dövrə qüvvələr nisbətini dəyişməyib. Antonelli liderliyini qoruyaraq yarışı inamlı qələbə ilə başa vurub. Bu uğur italiyalı pilot üçün mövsümdə ardıcıl beşinci qələbə olub və ona çempionatdakı üstünlüyünü daha da artırmağa imkan verib.

 

Bundan əlavə, Antonelli karyerasında ilk dəfə “Böyük Dəbilqə”yə sahib çıxıb — poul mövqeyindən start verib, yarışın bütün dövrələrinə liderlik edib, ən sürətli dövrəni göstərib və qalib gəlib.

 

Lyuis Hemilton ikinci yeri tutaraq mövsümdəki ən yaxşı nəticəsini təkrarlayıb. Üçüncü pillədə finiş görən Ayzek Hacar isə cari çempionatda ilk, karyerasında isə ikinci podiumuna yüksəlib.

 

Komandalar mübarizəni gələn həftə Barselonada davam etdirəcəklər.

 

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ 2026-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency