Formula 1 Dünya Çempionatının 70 illiyi və Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi münasibətilə keçirilən konfrans çərçivəsində baş tutan görüş zamanı yarışın könüllüləri və marşalları Çeyz Keri ilə sual-cavab edərək beynəlxalq təcrübəli iş adamının biznesə və şəxsi inkişafa dair fikirlərinə və həmçinin uşaqlıq illərindən etibarən indiyədək yaşadığı önəmli həyat təcrübələrinə yaxından bələd olublar.
BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İrana Əhmədova Formula 1-in ali rəsmisi ilə görüşün çox səmərəli keçdiyini bildirib: “Biz hər il minlərlə gənclə işləyirik və korporativ sosial məsuliyyət strategiyamız çərçivəsində bir sıra tədbirlər həyata keçiririk. Bu gün yenə eyni məqsədlə bir araya gəldik. Cənab Keri ilə bir yerdə olmaq və onun dəyərli məsləhətlərini eşitmək olduqca faydalı idi. Bütün iştirakçılarımız bu görüşdən çox böyük zövq aldılar və hərtərəfli şəkildə faydalandılar.
Gənclərin inkişafı bizim sosial məsuliyyət strategiyamızın tərkib hissəsidir. Mən fəxrlə deyə bilərəm ki, Formula 1 yarışının könüllüləri və marşalları irimiqyaslı tədbirlərin bir parçası olmaqla özlərini qabiliyyətli, yaradıcı və savadlı gənclər kimi isbat ediblər”.
Görüşdə Formula 1 Azərbaycan Qran Prisinin 250-ə yaxın könüllü və marşalı iştirak edib. Bu il əməliyyat şirkəti könüllü fəaliyyətinə əsaslanan Marşal və Könüllü proqramlarının 5 illiyini keçirir. Digər tərəfdən 2020-ci il ölkə miqyasında “Könüllülər ili” kimi qeyd olunur. Hər iki əlamətdar hadisə ilə əlaqədar olaraq əməliyyat şirkəti yarışa hazırlıq işlərinin intensivləşəcəyi önümüzdəki aylar ərzində də bir sıra oxşar görüşlər və maraqlı proqramlar keçirməyə davam edəcək.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency