Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ilk günündə birinci və ikinci sərbəst yürüşlər keçirilib. 11 komandanın iştirak etdiyi sessiyaların hər biri bir saat davam edib.

 

Gərgin mübarizə şəraitində keçən birinci sərbəst yürüşdə ən yaxşı vaxtı Mercedes pilotu Corc Rassel göstərib - 1:45.387. Red Bull pilotu Maks Ferstappen ikinci (1:45.787), Ferrari pilotu Şarl Lekler (1:45.791) isə üçüncü olub. Yürüş zamanı Mercedes pilotu Kimi Antonellinin bolidinin hidravlik sistemində problem yaranıb və o yürüşü vaxtından əvvəl başa vurmalı olub.

 

İkinci sərbəst yürüşdə də ən yaxşı vaxtı Corc Rassel göstərib - 1:43.347. Onun komanda yoldaşı Kimi Antonelli ikinci (1:43.899), Red Bull pilotu Maks Ferstappen isə üçüncü olub -1:44.174.

 

İkinci sessiya da insidentsiz keçməyib. Racing Bulls pilotu Arvid Lindbladın baryerlərə çırpılmasından sonra yürüş qırmızı bayraqlarla dayandırılıb. Haas pilotu Oliver Bearman isə bolidinin mühərrikində yaranan nasazlığa görə sessiyanı davam etdirə bilməyib.

Sabah
saat 12:30-da üçüncü sərbəst yürüş keçiriləcək.

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqini istifadə edirsənsə, sürət səninlədir. Bu tətbiq ilə Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 haqqında bütün yeniliklər cibindədir.

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency