Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində Paddock ərazisində yerləşən Chill Zone-da maraqlı anlar yaşanıb. Alpine komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də Red Bull-un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin sevilən təamlarından olan qutab hazırlayıblar.
Xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlar pilotların yeməyini dadmaqla yanaşı, onların bişirmə prosesinə də baxıblar. Kolapinto tapşırığa böyük məsuliyyətlə yanaşıb, qutabları diqqətlə hazırlayıb və nəticədən sonra sevincini gizlətməyib. Qasli isə yumorla fərqlənib, o, hazırladığı qutabın ənənəvi formadan çıxması ilə bağlı zarafatla: “Kim deyib ki, qutab mütləq yumru olmalıdır?” – deyib.
Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqları qutablara qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin sözlərinə görə, sürücülərin təamı gözləniləndən də dadlı alınıb. Tədbirdən yayılan görüntülər isə qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency