
Formula 1 pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran Prisi üçün Bakı Şəhər Halqasında artıq hazırlıqlara başlayıblar. Bu yarış mövsümün 17-ci mərhələsi kimi təqvimdə yer alır. Dünyanın ən məşhur Formula 1 pilotları artıq Bakının Paddock ərazisindədirlər. Sabah start götürəcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 öncəsi yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.
Paddock nədir? Formula 1-də Paddock komandaların qarajlarının, texniki avadanlıqların, mühəndislərin və pilotların toplandığı əsas mərkəzdir. Burada komandalar bolidlərini yarışa hazırlayır, pilotlar media ilə görüşürlər, strategiyalar müzakirə olunur və ən vacib qərarlar qəbul edilir. Paddock sadəcə yarışın ürəyi deyil, həm də onun kulisidir.
Bu gün Paddock-da Maks Ferstappen, Karlos Sainz, Fernando Alonso və s. kimi dünya şöhrətli pilotlar ilk dəfə rəsmi olaraq özlərini göstəriblər. Onlar bolidlərini yoxlayıb və mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar. Media nümayəndələri üçün isə bu, eksklüziv görüntülər əldə etmək üçün nadir fürsət olub.
Pilotların Paddock-a gəlişi artıq Bakı küçələrində Formula 1 atmosferini hiss etdirir. Tribunalar və Fan Zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.
Formula 1 həvəskarları üçün Paddock dünyanın ən sürətli pilotlarını və onların komandalarını yaxından izləmək, yarışın arxa səhnəsində baş verənləri canlı görmək fürsətidir. Qeyd edək ki, bu il Azərbaycan Qran Prisində ilk dəfə satışa çıxarılan Champions Club biletlərinə Paddock turları da daxildir. Sabah start götürəcək yarışla birlikdə bu zona sürət, taktika və adrenalinlə dolacaq və tamaşaçılar unudulmaz anların şahidi olacaqlar.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency