Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq işləri davam etdirilir.
Belə ki, bu il Bakı Şəhər Halqasında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub.
Artıq Bakı Şəhər Halqası ətrafında tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran Prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1 500 yer artırılaraq 20 000-i keçəcək.
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü dörd gün ərzində tribunalardan canlı olaraq 76 000-dən çox azarkeş izləyib.
Hazırlıq işləri ilə əlaqədar olaraq Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.
Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 19–21 sentyabr tarixlərində keçiriləcək.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency