
Mercedes pilotu Kimi Antonelli Belçika Qran-prisinin qalibi olub. Gənc italiyalı bununla Formula 1 karyerasında altıncı qələbəsini qazanaraq çempionatdakı üstünlüyünü daha da artırıb.
Sərbəst yürüşlərdə sürətli tempi ilə seçilən Antonelli cümə günü ən yaxşı nəticəni göstərib, şənbə keçirilən üçüncü sərbəst yürüşü də ilk sırada başa vurub.
Sıralama turunda da Antonelli yüksək tempini davam etdirərək mövsümdə altıncı poulunu qazanıb. Birinci cərgədə onun yanında Maks Ferstappen yer alıb. İkinci cərgədən isə Corc Rassell və Şarl Lekler start götürüblər.
Antonelli yarışa uğurla başlasa da, ilk sektorda Ferstappen ilk yeri ələ keçirib. Lakin niderlandlı pilotun üstünlüyü uzun çəkməyib. Antonelli qısa müddət sonra ilk yeri geri alıb, Şarl Lekler isə Red Bull pilotunu geridə qoyaraq ikinci pilləyə yüksəlib.
Artıq yarışın ilk dövrəsində insident yaşanıb. Lyuis Hemilton Corc Rassellin Mercedes bolidi ilə təmasa yol verib. Nəticədə Rassell trasdan çıxaraq mübarizəni dayandırıb, insidentdən sonra təhlükəsizlik avtomobili trasa çıxıb. Stüardlar Hemiltonu təqsirli bilərək ona beş saniyəlik cərimə veriblər.
Yenidən start verildikdən sonra Antonelli ilk pillədəki mövqeyini qoruyub. Yarışın gedişində iki dəfə virtual təhlükəsizlik avtomobili rejimi elan olunub və bu komandaların strategiyasına ciddi təsir göstərib. Pit-stoplardan sonra strategiya Leklerin xeyrinə işləyib və Ferrari pilotu ilk pilləyə yüksəlib. Antonelli isə ikinci pilləyə geriləyib.
Yarışın həlledici anı 34-cü dövrədə yaşanıb. Antonelli uğurlu hücumla Lekleri geridə qoyaraq yenidən önə keçib və finişədək üstünlüyünü əldən verməyib.
Şarl Lekler yarışı ikinci, Maks Ferstappen isə üçüncü pillədə başa vurub.
Formula 1 üzrə dünya çempionatı gələn həftə Macarıstandakı Hunqarorinq trasında keçiriləcək yarışla yay fasiləsinə yollanacaq.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency