2026 Formula 1 Azərbaycan Qran Prisində Kelvin Harrisin möhtəşəm çıxışı olacaq

Dünya şöhrətli prodüser və DJ Kelvin Harris 2026-cı il Formula 1 Azərbaycan Qran Prisinin açılış gecəsinin əsas ulduzu olacaq. 24 sentyabr tarixində Bakıda keçiriləcək yarış həftəsonunun 10 illik yubileyi möhtəşəm şou ilə start götürəcək və bu unudulmaz gecəyə Kelvin Harrisin enerjisi damğa vuracaq.

Elektron musiqinin aparıcı simalarından biri kimi Kelvin Harris hit-paradları fəth edən mahnıları, fərqli janrları bir araya gətirən uğurlu əməkdaşlıqları və milyonlarla azarkeşi cəlb edən canlı performansları ilə tanınır. Onun repertuarında Rihanna, The Weeknd, Frenk Ouşn, Miqos, Farrell Uilyams, Keyti Perri və Trevis Skott kimi ulduzlarla hazırlanmış dünya miqyaslı hitlər yer alır və bu, onun çıxışını hər yaşdan olan tamaşaçılar üçün xüsusi edir.

Karyerası boyunca əldə etdiyi möhtəşəm nailiyyətlər Kelvin Harrisi sənayenin zirvəsinə yüksəldib. O, “We Found Love” mahnısına görə Qremmi mükafatına layiq görülüb, ümumilikdə altı dəfə bu mükafata namizəd olub, həmçinin BRIT Awards və MTV Video Music Awards kimi nüfuzlu platformalarda dəfələrlə diqqət mərkəzində olub. Bakıda keçiriləcək bu möhtəşəm çıxış yubiley ilinin əsas hadisələrindən biri kimi yadda qalacaq və azarkeşlərə dinamik, parlaq və yüksək səviyyəli əyləncə vəd edir.

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ 2026-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency