“McLaren” tarix yazdı: Budapeştdə 200-cü qələbə, liderlərdən daha bir dubl!

Formula 1 Dünya Çempionatının iştirakçıları Macarıstan QP-dən sonra mövsümün yarısını arxada qoyublar. Bu mərhələdən sonra çempionatda 4 həftəlik yay fasiləsi başlayır. Komandalar bu dövrdə iki həftəlik məcburi bağlanma rejiminə keçirlər. Lakin bazalarda artıq 2026-cı ilin bolidlərinə fokuslanılıb, mühəndislər ötən ay FİA-dan yeni texniki direktivləri alıblar.

Budapeşt yaxınlığında yerləşən Hunqarorinq trası “stasionar Monako” adlandırılır. Trasın dar və döngələrlə zəngin olması ötmə imkanlarını məhdudlaşdırır. Əsas ötmə nöqtəsi DRS zonasının sonundakı ilk döngədir, lakin burada belə ötmə üçün ciddi sürət fərqi tələb olunur.

Cümə gününün məşqləri “McLaren” komandası üçün uğurlu keçib. Tozlu asfalt üzərində ilk dövrələrdə bolidlər trası təmizləsə də, sonradan sürət artımı müşahidə olunub. Hər iki sessiyada Lando Norris komanda yoldaşı Oskar Piastrini cüzi fərqlə qabaqlayıb.

Şənbə günü Piastri günün ən sürətlisi olub. Sıralanma turuna əsas favoritlər “McLaren” sürücüləri göstərilsə də, sürpriz nəticə qeydə alınıb. “Ferrari”nin sürücüsü Şarl Lekler poul qazanaraq mövsümdə ilk, karyerasında isə 27-ci pouluna imza atıb. Onun yanında Piastri start alıb.

İkinci cərgədə Norris və Corc Rasl, üçüncü cərgədə isə hər iki “Aston Martin” sürücüsü dayanıb.

Yarış günü səhər yağış yağsa da, start zamanı hava quru olub. Lekler liderliyini qoruyub, Piastri ikinci yerdə qalıb. Norris isə iki mövqe itirib. Sonradan Alonso üzərində üstünlük qazansa da, Raslı ötməkdə çətinlik çəkib. Buna görə də o, alternativ strategiyaya keçərək trasda daha uzun müddət qalmağa üstünlük verib.

İkinci pit-stop dalğasından sonra Norris yenidən liderliyi götürüb. Arxasında isə Piastri və Rasl gəlirdilər. Gənc avstraliyalı son 10 dövrəni DRS məsafəsində keçirsə də, Hunqarorinqdə ötmə şansı əldə edə bilməyib.

Yekunda Lando Norris mövsümdə 5-ci, karyerasında 9-cu qələbəsini qazanıb. Bu, “McLaren” tarixində 200-cü qələbədir. Komanda yoldaşı Piastri 2-ci yeri tutaraq ardıcıl 4-cü (mövsümdə 7-ci) dublu təmin edib. Hər iki sürücü mövsümdə 12-ci dəfə podiuma yüksəlib. Podiumu tamamlayan isə Corc Rasl olub.

Lekler 4-cü, Alonso və Stroll isə müvafiq olaraq 5-ci və 7-ci yerləri tutublar. Onların arasında “Sauber”in debütantı Qabriel Bortoleto 6-cı yeri tutaraq karyerasının ən yaxşı nəticəsini göstərib.

Louson və Ferstappen ilk onluqda qərarlaşıb, onluğu isə “Mercedes”in debütantı Antonelli tamamlayıb.

Çempionatda lider 284 xal ilə Oskar Piastridir. Lando Norris ondan 9 xal geri qalır. Üçüncü yerdə 187 xalla Ferstappen, dördüncü yerdə isə Rasl qərarlaşıb. Mühəndislər Kubokunda “McLaren” 559 xalla liderdir. “Ferrari” (260), “Mercedes” (236) və “Red Bull” (194) isə ikinci yer uğrunda mübarizə aparır.

Çempionat yay fasiləsinə çıxıb. Növbəti yarış Niderlandda keçiriləcək.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency