Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün media akkreditasiya başladı

Formula 1 yarışlarının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu gündən etibarən media nümayəndələri üçün akkreditasiya qeydiyyatına start verir.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü işıqlandırmaq istəyən KİV nümayəndələri Akkreditasiya Portalına daxil olaraq qeydiyyat üçün onlayn qaydada müraciət edə bilərlər. Media nümayəndlərindən qeydiyyatdan öncə linkə keçid edərək portaldan istifadə qaydalarının əks olunduğu İstifadəçi Təlimatı ilə tanış olmaları xahiş olunur.

Yarışlara qeydiyyat 12 iyun tarixindən etibarən start götürüb 22 iyul, saat 15:00-dək davam edəcək.

Natamam və ya 22 iyul tarixindən gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Qeyd edək ki, 13-15 sentyabr 2024-cü il tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi 2024 daxil olmaqla,  FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və  Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrinin yarışa qeydiyyat prosesi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən icra olunur.

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99455) 206 45 60 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərlər.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency