Məşhur DJ Mahmut Orhan sentyabrın 15-də Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində start düzülüşündə çixış edəcək.

Baki Şəhər Halqası (BŞH) Los-Ancelesdə yaşayan məşhur türk əsilli prodüser və DJ Mahmut Orhanın start düzülüşündə möhtəşəm hitləri ilə AzerbaijanGP-nin tarixində ilk dəfə yarışdan əvvəl bütün F1 fanatları üçün unudulmaz ab-ha yaradacağını açıqlayıb.

2016-cı ildə Ultra Records ilə müqavilə imzaladıqdan sonra Mahmut Orhan "Feel", "Six Days" və "Game of Thrones Remix" kimi hitləri ilə beynəlxalq elektron musiqi səhnəsində əhəmiyyətli rol oynayaraq ona böyük təsir bağışladı. Onun melodik texno və xaus janrlarını birləşdirən özünəməxsus üslubu təkamül etməkdə davam edir və Mahmut Orhana Exit Festival, Coachella, Burning Man, Untold, Extrema Outdoor, Tomorrowland və Sea Dance daxil olmaqla böyük elektron musiqi festivallarında rəğbət qazandırır.

Mahmut Orhan bu il noyabrda çıxması planlaşdırılan növbəti albomundan üç sinqlı təqdim etdi - "Ederlezi", "Cutting Ribbons" və "Redemption".

Tribunalara biletləri şəhərimizin kassalarından, www.bakucitycircuit.com saytından və rəsmi mobil tədbiqimizdən  əldə etmək olar.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency