Formula 1 Azərbaycan Qran Prisi üçün endirimli biletləri əldə etməyə 3 gün qalır

2023-cü ilin 28-30 aprel tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün endirimli erkən bilet satışının bitməsinə son 3 gün qalıb. F1 həyəcanını yenidən yaşamaq istəyənlər 20% endirimlə təklif olunan kampaniyadan 15 yanvar tarixinədək yararlana bilər. Bu tarixdən sonra biletlərin satışı tam qiymətlərlə davam etdiriləcək.

Hazırda avtoidman həvəskarları ilkin endirim kampaniyası müddətində ayaqüstü yerlər üçün biletləri 40 manatdan 120 manatadək, tribuna biletlərini 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletləri isə 110 manatdan 480 manatadək olan qiymət aralığında əldə edə bilərlər.

Qeyd edək ki, bu il həmvətənlərimiz və ölkəmizin rezidentləri üçün biletlər beynəlxalq qiymətlərlə müqayisədə 2 dəfəyədək daha sərfəli qiymətlərlə təklif olunur.   

Azarkeşlər Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün biletləri  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər:

·   “28 Mall” Ticarət Mərkəzi

·    Gənclik Mall” Ticarət Mərkəzi

·     Heydər Əliyev Sarayı

·     Köşk №1 (M.Rəsulzadə 3)

·     Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)

·     1 saylı "ASAN xidmət” mərkəzi

·     2 saylı "ASAN xidmət” mərkəzi

·     3 saylı "ASAN xidmət” mərkəzi

·     4 saylı "ASAN xidmət” mərkəzi

·     Sumqayıt "ASAN xidmət" mərkəzi

Formula 1 mövsümünün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı bu il də azarkeşlərə yüksək sürət və adrenalin dolu anlar vəd edir. Bu sürətin birbaşa şahidi olmaq üçün BŞH azarkeşləri bu müddətdə endirimdən tezliklə yararlanmağa çağırır!

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency