Piastri liderliyi qoruyur, Norris podiumdan kənarda!

Yay fasiləsindən sonra Formula 1 komandaları Niderlandın Zandfort avtodromunda yarışa çıxıblar. Son dörd ilin çempionu Maks Ferstappenin vətəninə azarkeşlər axın etsə də, diqqət “McLaren” sürücüləri – Oskar Piastri və Lando Norrisdə olub.

Cümə və şənbə məşqlərində “McLaren” sürücüləri sürətləri ilə diqqət çəkib. Sıralanma turunda isə Lando səhvə yol verərək poulu əldən verib, Oskar Piastri isə tarixi bir nəticə ilə birinci yeri tutub. Red Bull” sürücüləri Maks Ferstappen və Ayzek Həcər sırasıyla 3-cü və 4-cü olub.

Yarış startından maraqlı olub: Maks və Şarl Lekler mövqelərini dəyişsələr də, 8-ci dövrədə Lando vəziyyəti bərpa edib. Trasın çətin 3-cü döngəsində Şarl Lekler səhv edib və Təhlükəsizlik Maşını trasa çıxıb. Pit stop dalğaları və təkər strategiyaları liderlik uğrunda mübarizəni daha da gərginləşdirib. Kimi Antonelli cərimələr alıb, Lyuis Hemilton isə pitdən sonra təmas nəticəsində yarışıdayandırmalı olub.

Finişə 6 dövrə qalmış Lando Norrisin maşınında tüstü yaranıb və britaniyalı sürücü trasın kənarında dayandırmalı olub. Beləliklə, Oskar Piastri liderliyi qoruyaraq mövsümdə 7-ci, karyerasında isə 9-cu qələbəsini qazanıb və Böyük Dəbilqəyə sahib çıxıb. Maks Ferstappen ikinci, Ayzek Həcər isə ilk podiumunu qazanaraq F1 tarixində ən gənc 5-ci podium qazanan sürücü olub.

Corc Rasl podiumun bir addımlığında qalıb. Startda geridə olan Aleks Elbon 5-ci, Oliver Börman 6-cı olub. “Aston Martin” sürücüləri Lens Stroll və Fernando Alonso 7-ci və 8-ci yerləri tutublar. İlk onluğu Yuki Tsunoda və Esteban Okon tamamlayıb.

Çempionatda Oskar Piastri liderliyini möhkəmlədib309 xal ilə Lando Norrisi 34 xal qabaqlayır. Maks Ferstappen isə 205 xalla üçüncü yerdədir. “McLaren” Mühəndislər Kuboku uğrunda əsas favorit kimi qalır.

Növbəti yarış Monza avtodromunda keçiriləcək, Azərbaycan Qran-prisinə isə 20 gün qalıb.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency