Növbəti gün – iyunun 12-də baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinin start cərgəsini müəyyən etmiş bu sıralanma mərhələsindən sonra mətbuat kofransı baş tutub. Turu ilk üçlükdə bitirmiş pilotlar media ilə öz fikirlərini bölüşüblər.
Yarışı üçüncü yerdən başlayacaq Maks Ferstappen qeyd edib: “Məncə dövrənin əvvəli yaxşı keçdi amma daha sonra kiçik səhvlərə yol verdim. Təbii ki, ideal vəziyyət deyil, əsas problem bolidin öndən arxaya olan balansını qorumaqda idi. Bununla belə, düşünürəm ki, komanda olaraq sabaha yaxşı nəticə göstərmək üçün kifayət qədər şansımız var. Bakı yarışı gözlənilməzliklərlə doludur və uzun yarışdır. Buna görə də diqqətimizi sabahkı yarışa cəmləyib maksimum nəticəyə nail olmalıyıq.”
“Sırlanma turunun üçüncü sessiyası həqiqətən cəsarət tələb edir. Trek divarına bir neçə dəfə toxundum. Ən əsası, xoşbəxlikdən bolid zərər görmədi. Mükəmməl bir sıralanma turu deyildi, sonda isə mühərrikdə problem yaşadıq. Mühərriyin işləmədiyi bir vəziyyətdə ümid yalnız pilota qalır. Bunun poul pozisiyası üçün yaxşı olub olmadığını deyə bilmərəm, ancaq məncə Şarlın dövrəsi çox uğurlu alındı. Yarış uzun yarışdır, hər an kiçik səhv böyük problemə yol aça bilər,” – deyə Serxio Peres söyləyib.
Qeyd edək ki, bu, Leklerin Bakıdakı ikinci poul pozisiyası, Formula 1 karyerasında isə 15-ci pouludur.
Ötən il Bakıda poul pozisiyaya layiq görülmüş Ferrari komandasının pilotu Şarl Lekler isə Bakıdakı yarışda yaxşı nəticələrə ümid etdiyini qeyd edib.
O, qeyd edib: “Bakıyla yarımçıq işimiz var, ona görə sabah ən yaxşı nəticəyə ümid edirəm. Bu Bakıdakı ikinci poul pozisiyamdır. Nəticədən çox razıyam. Aydındır ki, bütün poul pozisiyalarını qazanmaq xüsusi hissdir, lakin bu mənim üçün daha gözlənilməz oldu. Düşünürdüm ki, Red Bull çox güclüdür, xüsüsən də birinci və ikinci sessiyalarda çox sürətli idilər. Yaxşı ki, son dövrədə hər şey qaydasına düşdü və buna görə çox sevincliyəm. Sabahkı yarışı səbirsizliklə gözləyirəm və məncə Bakı trekində təkərlərə nəzarət etmək çox vacibdir.”
Qeyd edək ki, bu, Leklerin mövsüm ərzində qazandığı altıncı poul pozisiyasıdır və o Bakıda karyerasının 15-ci pouluna imza ataraq Maks Ferstappeni (14 poul) geridə qoymağı bacardı.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency