Spa-da yağış, dəyişikliklər və qələbə: Piastri liderliyini möhkəmlədir!

Bu həftəsonu Belçikada Formula 1 Dünya Çempionatının 2025-ci il mövsümünün ikinci yarısına start verildi. Ardenn dağlarının ətəyində yerləşən Spa trasında baş tutan yarışlar yenə dəyişkən hava şəraitinin təsiri altında keçdi.

Yarış həftəsindən öncə mövsümün ən səs-küylü xəbərlərindən biri gəldi: “Red Bull”un illərdir başçısı olan Kristian Horner vəzifəsindən azad olundu. Onun yerinə “Alfa Tauri”nin keçmiş rəhbəri Loran Mekis təyin olundu. Bu dəyişikliklər Maks Ferstappenin komandadan ayrılması ilə bağlı şayiələri bir qədər də artırdı.

Spa yarış həftəsi sürücüləri günəşli hava ilə qarşıladı. Amma cəmi bir sərbəst yürüş sessiyası olan sprint formatında komandalar gətirdikləri yenilikləri tam test edə bilmədilər. İlk gündə “McLaren” sürücüsü Oskar Piastri parladı, o həm sərbəst yürüşlərdə, həm də sprint sıralanmasında ən sürətli oldu.

Sprint yarışda isə Maks Ferstappen yenə öz sözünü dedi, Piastrini startdan sonra keçərək 12-ci sprint qələbəsini qazandı. Lando Norris və Şarl Lekler də ilk üçlükdə yer aldı. “Ferrari” maşınlarının zəif yarış tempi Leklerin podium uğrunda mübarizəsini çətinləşdirdi, amma o, mövqeyini qorumağı bacardı.

Əsas yarışın sıralanma turunda bu dəfə Lando Norris fərqləndio, mövsümdə 4-cü, karyerasında isə 13-cü poul qazandı. Komanda yoldaşı Piastri ikinci oldu və “McLaren” üçün mövsümdə 3-cü dəfə ilk cərgə zəbt olundu. Şarl Lekler cüzi fərqlə Maks Ferstappeni qabaqlayaraq ikinci cərgəyə adladı.

Bazar günü səhər güclü yağış səbəbindən Formula 3 yarışı ləğv edildi, Formula 2 isə yaş trasda baş tutdu. Formula 1 üzrə əsas yarış Təhlükəsizlik Maşınının arxasında start götürdü, amma trasdakı su miqdarına görə qırmızı bayraqla təxirə salındı. Startdan təxminən 1 saat 20 dəqiqə sonra tras qurumağa başladı və yarış yenidən başladı.

Yarışda əsas ötmə yenə Kemmel düzlüyünün sonunda baş verdi: Oskar Piastri Lando Norrisi keçərək liderliyi ələ aldı. Yağışa sazlanmış maşınlar quru trasda üstünlüyünü itirdi. DRS icazəsizliyi isə ötmələri daha da çətinləşdirdi.

Lyuis Hemilton vaxtında slik təkərlərə keçərək irəliləyə bildi, amma sona doğru mövqeyini qorumaq ona çətin oldu. Lando Norris dəfələrlə Piastriyə yaxınlaşsa da, hər dəfə səhvlərlə geridə qaldı.

Beləliklə, Oskar Piastri mövsümdə 6-cı, karyerasında isə 8-ci qələbəsini qazandı. Lando Norris ikinci yerə razı oldu, Şarl Lekler isə mövsümdə 5-ci dəfə podium gördü. Maks Ferstappen dördüncü, Corc Rassel isə beşinci yeri tutdu.

Bu nəticə ilə Oskar Piastri 266 xalla liderliyini daha da möhkəmlətdi. Lando Norris 16 xal geridədir. Maks Ferstappen isə 185 xalla üçüncü pillədə qərarlaşıb. “McLaren” 516 xalla Mühəndislər Kubokunda liderliyini davam etdirir. “Ferrari” “Mercedes”dən bir qədər uzaqlaşaraq 248 xala yüksəldi.

Çempionat növbəti həftəsonu Macarıstan Qran Prisi ilə davam edəcək və daha sonra yay fasiləsi başlayacaq.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency