Seminar peşəkar təlimçi Sənan Nəcəfovun iştirakı ilə baş tutub. Seminar zamanı S.Nəcəfov uğurlu nitqin sirlərindən danışaraq vaxtın düzgün idarə olunması, nitq mədəniyyəti və bədən dili barədə könüllülərə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Bundan başqa, S.Nəcəfov seminar iştirakçıları ilə birlikdə təqdim etdiyi mövzular ətrafında əyani sınaqlar keçirib və könüllülərə Neyro Linqvistik Proqramın (NLP) geniş imkanlarını təqdim edib.
Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Könüllülər Proqramının iştirakçıları üçün yeni yarışa hazırlıq çərçivəsində növbəti aylarda da müxtəlif mövzularda təlim, tədbir və seminarlar keçirməyə davam edəcək.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency