2019 Formula 1 Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verilib

Paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar 2019 Formula 1 Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq və eyni zamanda Formula 1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar.

Bizə qoşulmaq istəyənlər gecikmədən Marşal Proqramına Müraciət Sistemi (http://marshals.bakucitycircuit.com/#/login) vasitəsilə qeydiyyatdan keçə bilərlər”.

Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təsdiq olunmuş beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, Formula 1 Qran Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

Bakı Marşal Klubunun rəsmi saytından  http://bakumarshalsclub.az və rəsmi "Facebook" səhifəsindən Marşal Proqramı haqqında daha ətraflı məlumat əldə etməklə yanaşı klubun "Facebook" səhifəsinə məktub yazaraq marşal fəaliyyəti barəsində sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency