BŞH Akademiyası könüllülərin yüksək səviyyədə hazırlığının təşkilinə görə mükafatlandırılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Akademiyası “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə keçirilən tədbirdə Formula 1 Azərbaycan Qran Prisinə könüllülərin yüksək səviyyədə hazırlığının təşkilinə görə gənclər və idman naziri Azad Rəhimov tərəfindən xüsusi mükafata layiq görülüb.

Fəaliyyətə 2017-ci ilin məhz Gənclər Günündə başlayan akademiya bir tərəfdən könüllüləri Formula 1 Azərbaycan Qran Prisinə hazırlayır, digər tərəfdən müxtəlif mövzularda təlim və seminarlar təşkil etməklə onların şəxsi və peşəkar inkişafına dəstək göstərir. Hər il akademiyada 3 minə yaxın könüllü sözügedən fəaliyyətlərdə iştirak edərək yeni bilik və bacarıqlar əldə edirlər.

 

Bundan başqa, BŞH Akademiyasında gənclərin inkişafı ilə yanaşı onların əldə etdiyi təcrübəni müxtəlif sahələrdə tətbiq etmələrinə də xüsusi diqqət ayrılır. Belə ki, 5 oktyabr 2018-ci il tarixində akademiyada könüllülərin ölkədə fəaliyyət göstərən böyük şirkətlərdə təcrübə proqramı keçməsi, həmçinin onların işlə təmin olunması ilə əlaqədar “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası keçirilib və bu yarmarkada 900-dən çox könüllü iştirak edərək təklif olunan müxtəlif imkanlardan səmərəli şəkildə yararlana bilib. 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency