
2026 Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində marşallar üçün növbəti təlimlər keçirilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan təlimlərin əsas məqsədi yarış zamanı təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi, mümkün risklərin minimuma endirilməsi, eləcə də fövqəladə hallarda operativ və effektiv fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsidir. Formula 1 kimi yüksək sürətli və texniki baxımdan mürəkkəb idman növündə marşalların rolu xüsusi əhəmiyyət daşıyır. Onların peşəkar hazırlığı isə yarışların təhlükəsiz və fasiləsiz keçirilməsinin əsas şərtlərindən biridir.
Nəzəri məşğələlər zamanı marşallara yarışlar zamanı yarana biləcək müxtəlif vəziyyətlər barədə ətraflı məlumat verilib. Proqram təhlükəsiz şəkildə pilotun boliddən təxliyəsi, trasın operativ bərpası, fərdi mühafizə vasitələrindən düzgün istifadə və komanda daxilində effektiv koordinasiya kimi vacib bacarıqları əhatə edib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən mütəmadi olaraq keçirilən bu təlimlər marşalların peşəkar bilik və bacarıqlarının artırılmasına, həmçinin yarışların beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə təşkilinə töhfə verir.
2026 Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 24-26 sentyabr tarixlərində keçiriləcək.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency