Antonelli Ostində qalib gəlib, çempionluğa bir addım da yaxınlaşıb

Mercedes pilotu Kimi Antonelli Ostində keçirilən ABŞ Qran-prisinin qalibi olub. Bu, italiyalı pilotun cari mövsümdə doqquzuncu qələbəsidir. Şarl Lekler (Ferrari) yarışı ikinci, Maks Ferstappen (Red Bull) isə üçüncü yerdə başa vurub.

 

ABŞ Qran-prisi 2022-ci ildən sonra ilk dəfə sprint yarışı keçirilmədən baş tutub. Sıralama turunda çempionatın lideri Antonelli ən yaxşı nəticəni göstərərək poulu qazanıb. İlk cərgədən onunla birlikdə Ferstappen, ikinci cərgədən isə İsaak Hadjar və Lekler start götürüblər.

 

Antonelli startda liderliyini qoruyub. Lekler Ferstappeni ötərək ikinci yerə yüksəlsə də, Red Bull pilotu ilk dövrənin sonunda mövqeyini geri qaytarıb. Lyuis Hemilton da uğurlu start götürərək Hadjarı geridə qoyub.

 

İlk pit-stop dalğasından sonra liderlik uğrunda mübarizə daha da gərginləşib. Əsas rəqiblərindən daha erkən pit-stop edən Ferstappen birinci yerə yüksəlib, Lekler isə ikinci mövqeyə çıxıb. Antonelli pit-stopdan sonra trasa üçüncü yerdə qayıdıb.

 

32-ci dövrədə Ferstappen ikinci pit-stopunu edib. Ön sağ təkərin dəyişdirilməsi zamanı yaranan problem niderlandlı pilotun əlavə vaxt itirməsinə səbəb olub. Bundan sonra Lekler qısa müddətə liderliyə yüksəlib, lakin Antonelli Ferrari pilotunu ötərək yenidən birinci yerə çıxıb.

 

Yarışın son hissəsində əsas mübarizə podium uğrunda gedib. 47-ci dövrədə Ferstappen və Lekler ardıcıl olaraq Lando Norrisi ötərək ikinci və üçüncü yerlərə yüksəliblər. İki dövrə sonra Lekler Ferstappeni də geridə qoyaraq ikinci mövqeyə çıxıb. Hemilton isə Norrisi ötərək dördüncü yerə yüksəlib.

 

Finişə bir neçə dövrə qalmış Valtteri Bottasın bolidinin trasda dayanması səbəbindən virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunub. Mübarizə bərpa edildikdən sonra liderlər arasında mövqelər dəyişməyib.

 

Antonelli finişədək liderliyini qoruyaraq mövsümdə doqquzuncu qələbəsini qazanıb. Lekler ikinci, Ferstappen isə üçüncü yeri tutub. Hemilton yarışı dördüncü, Norris isə beşinci pillədə tamamlayıb.

 

Formula 1 üzrə dünya çempionatı gələn həftə Mexiko Qran-prisi ilə davam edəcək. Kimi Antonelli bu mərhələdə vaxtından əvvəl dünya çempionu titulunu təmin edə bilər.

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqini istifadə edirsənsə, sürət səninlədir. Bu tətbiq ilə Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2027 haqqında bütün yeniliklər cibindədir.

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2027 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency