
Mercedes pilotu Kimi Antonelli Mexiko Qran-prisini üçüncü yerdə başa vuraraq Formula 1 üzrə dünya çempionu titulunu mövsümün başa çatmasına beş mərhələ qalmış təmin edib.
20 yaş 2 ay 7 günlüyündə bu titulu qazanan italiyalı pilot Formula 1 tarixinin ən gənc dünya çempionuna çevrilib. Antonelli bu uğura imza atan 36-cı pilot, Cüzeppe Farina və Alberto Askaridən sonra isə üçüncü italiyalı olub.
Mexiko Qran-prisinin qalibi isə Maks Ferstappen (Red Bull) olub. Niderlandlı pilot karyerasında 74-cü, bu mövsüm isə üçüncü qələbəsini qazanıb. Lyuis Hemilton (Ferrari) ikinci yeri tutub.
Meksika mərhələsi ərəfəsində Antonelli ən yaxın rəqibi Corc Rasseli 123 xal qabaqlayırdı. Çempionluğu vaxtından əvvəl təmin etmək üçün ona yarışı doqquzuncu yerdə bitirmək kifayət idi.
Sıralama turunda ən yaxşı nəticəni Hemilton göstərib. Ferrari pilotu karyerasında 105-ci, Ferrari-də isə ilk poulunu qazanıb. İlk cərgədən onunla birlikdə Rassell, ikinci cərgədən isə Şarl Lekler və Antonelli start götürüblər.
Hemilton startda liderliyini qorusa da, dördüncü döngədə komanda yoldaşı Şarl Lekler ona hücum edib. Bu zaman bolidlər arasında yüngül təmas olub və hər iki pilot trasdan kənara çıxıb. Lekler liderliyə yüksəlib, Ferstappen ikinci yerə çıxıb, Hemilton isə üçüncü yerə geriləyib. Daha sonra Lekler beş saniyəlik cərimə alıb.
İlk pit-stop dalğasından sonra Ferstappen liderliyi ələ keçirib. 45-ci dövrədə Valtteri Bottasın qəzası səbəbindən trasa təhlükəsizlik avtomobili çıxıb. Ardınca yarış qırmızı bayraqlarla dayandırılıb.
Təxminən 40 dəqiqəlik fasilədən sonra yarışa yenidən start verilib. Ferstappen birinci yerini qoruyub, Hemilton və Antonelli isə Lekleri ötərək ikinci və üçüncü yerlərə yüksəliblər.
59-cu dövrədə Arvid Lindbladın qəzasından sonra təhlükəsizlik avtomobili yenidən trasa çıxıb. Yarış 63-cü dövrədə bərpa olunub. Hemilton Ferstappeni ötməyə çalışsa da, Red Bull pilotu liderliyini sona qədər qoruyub.
Ferstappen finiş xəttini birinci keçib. Hemilton ikinci, Antonelli isə üçüncü yeri tutub. Bununla da italiyalı pilot mövsümün başa çatmasına beş mərhələ qalmış ilk dünya çempionluğunu rəsmiləşdirib.
Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi gələn həftə San-Pauluda keçiriləcək.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2027 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency