Jurnalistlər arasında kartinq çempionatı keçirildi.

Bakı Kartinq Mərkəzində (Baku City Karting) baş tutmuş yarış yeni  F1 mövsümü öncəsi media mənsublarının yenidən bir araya gəlməsi üçün yaxşı fürsət olub.

Jurnalistlər Bakı küləyinə qarşı maksimum sürət və  həyəcanla dolu yarış nümayiş etdiriblər. Üç ayrı qrupda qızğın mübarizənin getdiyi yarışın təsnifat mərhələsindən sonra ən yüksək sürət göstərmiş üç iştirakçı final mərhələsinə yüksəlib. Nəticələrə əsasən, 1-ci yerin qalibi İdman TV kanalının şərhçisi və aparıcısı Fərid Ramazanov, 2-ci yerin qalibi F-1.az saytının redaktoru Elçin Zodorov, 3-cü yerin sahibi isə İctimai Televiziyanın müxbir və aparıcısı Fəridə Abdullayeva olub. Qalib gəlmiş yarışma iştirakçılarına BŞH-nin milli mətbuat katibi Turab Teymurov tərəfindən mükafatlar təqdim olunub.

Qeyd edək ki, ənənəyə sadiq qalaraq, BŞH Formula 1 yarışının və digər avtoidman növlərinin ölkəmizdə təbliği məqsədilə hər il yerli mətbuat nümayəndələri üçün kartinq çempionatı təşkil edir.

01

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency