Çempionat təsnifat və final mərhələsindən ibarət olub. Təsnifat mərhələsində jurnalistlər 4 qrup üzrə bölünüblər. Hər qrupun trek üzrə ən yaxşı vaxt göstəricisi olan jurnalistlər isə final mərhələsinə vəsiqə qazanıblar.
Sonda finala vəsiqə qazanmış 10 nəfər iştirakçıdan ilk olaraq finiş xəttini “İdman Azərbaycan” televiziya kanalının aparıcı və şərhçisi Fərid Ramazanov keçmişdir və çempionatın qalibi olmuşdur. Ondan sonra gələn “Azərbaycan Dövlət Teleqraf Agentliyi”nin fotoqrafı Roman İsmayılov və f-1.az saytının redaktoru Elçin Zodorov müvafiq olaraq 2-ci və 3-cü yerləri tutmuşdular. Sonda yarışın qalibləri kubok və qiymətli hədiyyələr ilə təltif olunublar.
Kartinq Çempionatı Bakı Şəhər Halqasının təsis etdiyi “BCC Press Club” çərçivəsində təşkil olunmuşdur. “BCC Press Club” ölkə mediasının müxtəlif KİV-lərində çalışan jurnalistləri bir araya toplayan klub fəaliyyətidir. Klub mütəmadi olaraq jurnalistlər üçün tədbirlər, yığıncaqlar, debat görüşləri təşkil edir.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency