Yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunan beton blokların quraşdırılmasına 15 aprel, gecə saatlarında, saat 23:00-dan etibarən başlanılacaq.
Tikinti-quraşdırma işləri Bülbül prospektinin və Xəqani küçəsinin kəsişməsindən başlayıb bütün yarış trekini əhatə edəcək.
Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Dənizkənarı Milli Park ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.
Qeyd edək ki, aprel ayının 18-dən etibarən Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir.
Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq vətəndaşlardan avtomobil idarə edərkən daha diqqətli olmaları xahiş olunur.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency