“Tribunalara və trekə qayıtmağımıza sevinirik. Bakı Şəhər Halqasının əməkdaşları yarışın yaddaqalan olması üçün çalışırlar. Ümid edirik ki, hər il olduğu kimi, bu il də Formula 1 Azərbaycan Qran Prisi şəhər trekləri arasında gözlənilməz və həyəcanlı nəticələri ilə azarkeşləri sevindirəcək.”- deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektlərinin Tikintisi üzrə rəhbəri Tom Butçer mediaya açıqlamasında bildirib.
O, həmçinin, yolların yarışın başlamasına bir neçə gün qalmış hazır vəziyyətə gətiriləcəyini bildirib. Tom Butçer: “Beynəlxalq Avtomobil Federasiyası da yekun yoxlanışlarını apardıqdan sonra trek tam istifadəyə veriləcək. Eləcə də, paddok ərazisində infrastruktur-quraşdırma işlərinə də start verilib.”
Yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb, bütün yarış trekini əhatə edəcək.
Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency