Corc Rasl pouldan qalibiyyətə, “McLaren” isə çempionluğa çatdı

Çoxdan gözlənilən Azərbaycan Qran-Prisinin ardından Formula 1 Dünya Çempionatının iştirakçıları bu dəfə Sinqapurun dar və ötməyə imkan verməyən şəhər trasında qüvvələrinisınayıblar. Bakıdakı həyəcan dolu yarışdan fərqli olaraq, Sinqapurda mübarizə daha taktiki və sabit tempdə keçib.

 

Həftəsonu tozlu asfaltda başlayan sərbəst yürüşlərdə əvvəlcə Alonso fərqlənib, ikinci sessiyada isə mövsümün lideri Oskar Piastri hamını qabaqlayıb. Şənbə günü sıralanma turunda mübarizə maksimum gərginliklə keçib. İlk beşliyi cəmi 0.089 saniyə ayıran sessiyanın sonunda “Mercedes” sürücüsü Corc Rasl poul mövqeyini qazanıb. Ferstappen ikinci, Piastri isə üçüncü olub. “Williams” sürücüləri isə texniki reqlament pozuntusuna görə nəticələrdən çıxarılaraq sonuncu yerlərə geri göndərilib.

 

Yarışın startı da dramatik olub: Ferstappenin yumşaq təkərlərlə etdiyi risk uğur gətirməyib. Norris əvvəlcə Antonellini, sonra isə komanda yoldaşı Piastrini sıxışdıraraq mövqeyini irəli çəkib. İlk dövrədən etibarən formalaşan Corc-Maks-Lando-Oskar dördlüyü yarışın sonuna qədər dəyişməyib.

 

Yarışın ikinci hissəsində Alonso maraqlı ötmələri ilə fərqlənib, “Ferrari” isə Lyuis Hemiltonu ikinci dəfə pitə çağıraraq cəsarətli strategiya seçib. Lakin britaniyalı sürücünün maşınında əyləclər sıradan çıxıb və bu da onun geriləməsinə səbəb olub. Nəticədə finişdə Alonso ona birbaşa yaxınlaşıb və cərimədən sonra ispaniyalı sürücü mövqesini irəli çəkib.

 

Yarışı liderlikdən başlayan və orada da tamamlayan Corc Rasl mövsümdə ikinci, karyerasında isə beşinci qələbəsini qazanıb. Maks Ferstappen ona yaxın təzyiq göstərsə də, önə keçə bilməyib. Lando Norris isə üçüncü olaraq podiumu tamamlamaqla “McLaren”ə ardıcıl ikinci dəfə Konstruktorlar üzrə Dünya Çempionluğunu qazandırıb.

 

Finişdə Oskar Piastri dördüncü olub və liderliyini qoruyub. Hazırda onun aktivində 336 xal var. Lando Norris 22 xal, Maks Ferstappen isə 41 xal geridədir. Corc Rasl da (237) hələ də riyazi şanslarını saxlayır.

 

“Ferrari” ilə “Mercedes” arasında vitse-çempionluq uğrunda mübarizə də daha da gərginləşib: Antonellinin 5-ci yeri və Raslın qələbəsi “Mercedes”ə üstünlük qazandırıb. Alonso 7-ci, Börman və Sayns isə ilk onluğu tamamlayıblar.

 

Mövsümün son dörddəbiri artıq iki həftə sonra ABŞ-da – Texas Qran-Prisi ilə başlayacaq. Çempionluq uğrunda həlledici döngələrə daxil oluruq.

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency