
Mercedes pilotu Corc Rassell Avstriya Qran-prisinin qalibi olub. Bu qələbə britaniyalı pilotun karyerasında yeddinci, cari mövsümdə isə ikincidir.
Şpilberqdə keçirilən yarış həftəsonunun əsas amillərindən biri isti hava şəraiti idi. Həftəsonu ərzində havanın temperaturu 30 dərəcədən aşağı düşməyib, asfalt örtüyü isə 50 dərəcəyədək qızıb. Bu da həm təkərlərin yeyilməsinə, həm də bolidlərin etibarlılığına ciddi təsir göstərib.
Həftəsonu ərzində Mercedes pilotları yüksək temp nümayiş etdiriblər. Kimi Antonelli cümə günü keçirilən hər iki sərbəst yürüşdə ən sürətli olub. Şənbə günü isə Corc Rassell əvvəlcə üçüncü sərbəst yürüşü, daha sonra isə sıralama turunu qazanaraq poulun sahibi olub. Sıralama turunun son dəqiqələrində Maks Ferstappen bolidini qəzaya uğradıb. Sarı bayraqlar səbəbindən Antonelli sürətini azaltmalı olsa da, Rassell dövrəsini tamamlayaraq poulunu qoruyub.
Startda Rassell liderliyini saxlayıb, Lyuis Hemilton isə komanda yoldaşı Şarl Lekleri geridə qoyub. İkinci dövrədə Maks Ferstappen əvvəlcə Lekleri, daha sonra Antonellini keçib. Yeddinci dövrədə isə Antonelli dördüncü yer uğrunda mübarizədə Lekleri geridə qoyub.
Yarışın ilk hissəsində əsas mübarizə Lyuis Hemilton və Maks Ferstappen arasında yaşanıb. Pilotlar bir neçə dəfə mövqe mübarizəsi aparsalar da, 23-cü dövrədə Ferstappen rəqibini birdəfəlik geridə qoymağı bacarıb. Pit-stopdan sonra Hemilton bir neçə mövqe itirsə də, daha sonra yenidən Şarl Lekleri keçərək ilk beşliyə qayıdıb.
Yarışın son dövrələri ikinci yer uğrunda gərgin mübarizə ilə yadda qalıb. Antonelli son dövrədə Ferstappenə hücum məsafəsinə qədər yaxınlaşıb. Lakin dünya çempionu mövqeyini qorumağı bacarıb və finiş xəttini ikinci keçib.
Corc Rassell isə yarış boyu üstünlüyünü əldən verməyərək mövsümdə ikinci qələbəsini qazanıb. Maks Ferstappen ikinci yeri tutaraq Red Bull komandasına tarixində 299-cu podiumu qazandırıb. Kimi Antonelli isə üçüncü yeri tutaraq növbəti dəfə podiuma yüksəlib.
Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi gələn həftə Böyük Britaniyanın Silverstoun trasında keçiriləcək.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency