FAN FORUM BAKIDA FORMULA 1 HƏVƏSKARLARINA HƏYACAN DOLU ANLAR YAŞATDI

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində azarkeşlərin ən çox səbirsizliklə gözlədiyi tədbirlərdən biri – Fan Forum bu gün Dənizkənarı Bulvarın möhtəşəm atmosferində baş tutdu.

Xüsusi olaraq qurulan səhnədə dünya şöhrətli Formula 1 pilotları azarkeşlərlə görüşərək unudulmaz atmosfer yaratdılar. Pilotların səhnəyə çıxışı gur alqışlarla qarşılandı, fanatlar isə onlara suallar ünvanladılar, avtoqraflar topladılar və çəkdirilən xatirə şəkilləri yarış həftəsinin həyəcanını əbədiləşdirdi.

Səmimi ünsiyyət formatında təşkil olunan görüş azarkeşlərə sevimli sürücülərini daha yaxından tanımaq, onların yarışla bağlı təəssüratlarını birbaşa dinləmək imkanı verdi. Bu, həm yerli, həm də xarici fanatlar üçün unikal bir təcrübə oldu.

Bugünkü forumda Haas, Ferrari, Alpine, Red Bull Racing və Mercedes komandalarının pilotları səhnəyə çıxaraq coşqu dolu enerji ilə Fan Zonaya həyat verdilər. Onların iştirakı Bakı tamaşaçıları ilə Formula 1 dünyası arasında daha da möhkəm bağ yaratdı.

Fan Forum yarış həftəsinin həyəcanını daha da artıraraq azarkeşlərə əsl Formula 1 festivalı yaşadıb.

 

 

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency