Lando Norris Meksika Qran-Prisində qələbə qazanaraq çempionatda liderliyə yüksəldi!

Meksika Qran-Prisi çempionatda lider dəyişikliyi ilə yadda qaldı və bu, titul uğrunda mübarizəyə daha çox intriqa qatdı.

 

Rodriges Qardaşları trası özünəməxsus şəraiti ilə sürücülər üçün dözümlülük sınağına çevrilir və bu dəfə çempionluq yarışında vacib dönüş nöqtəsi oldu.

 

McLaren pilotu Norris üçüncü sərbəst yürüşdən etibarən üstünlüyü ələ aldı, sıralanma turunun üçüncü sessiyasında möhtəşəm dövrə ilə poul qazandı və mövsümdə altıncı qələbəsini əldə etdi. Bu nəticə ona ümumi sıralamada liderliyi gətirdi.

 

Cümə günü Şarl Lekler və Maks Ferstappen sərbəst yürüşlərdə ən sürətli sürücülər olsalar da, şənbə günündən etibarən üstünlük Norrisə keçdi.

 

Britaniyalı sürücü demək olar ki, qüsursuz həftəsonu keçirdi və tamamilə layiqli şəkildə karyerasının 10-cu qələbəsini qazandı. Poul mövqeyindən start alan McLaren pilotu yarışın gedişatını tam nəzarətdə saxladı və qələbəsini əldən vermədi.

 

Bu nəticədən sonra Norris (357 xal) fərdi hesabda liderliyə yüksəldi: O, komanda yoldaşı Oskar Piastrini cəmi bir xalla qabaqlayır. Avstraliyalı sürücü həftəsonu boyu komanda yoldaşının kölgəsində qaldı, sıralanma turunda uğursuz çıxış etsə də, yarışda özünü yaxşı göstərərək finişə 5-ci çatdı. Piastri artıq dörd yarışı ardıcıl podiumsuz bitirir. Sonuncu dəfə o, Niderland Qran-Prisində qalib gəlmiş, İtaliyanın Monza trasında isə podiuma yüksəlmişdi. McLaren komandasının hər iki sürücüsü titul uğrunda mübarizəni davam etdirir, lakin artıq favorit dəyişib.

 

Red Bull pilotu Maks Ferstappen üçüncü olsa da, bu nəticə sayəsində o, liderlə fərqi daha 4 xalla azaltdı — indi fərq 36 xaldır (ötən həftə 40 idi). Qalan üç yarışda Maksın titul şansı hələ də qalır, baxmayaraq ki, birincilik uğrunda mübarizə getdikcə daha gərginləşir.

 

Hazırkı dünya çempionu ikinci yeri də tuta bilərdi, lakin yarışın sonlarına doğru tətbiq olunan Virtual Təhlükəsizlik Avtomobili rejimi onunla Lekler arasında maraqlı mübarizəyə maneə oldu.

 

Ferrari pilotu yarışda ikinci yeri tutdu və ümumilikdə karyerasında 50-ci podiumunu qazandı. Bu nəticədən sonra Ferrari komandası Konstrukturlar Kubokunda Mercedes-i geridə qoydu və hazırda rəqibini cəmi bir xalla qabaqlayır.

 

Xüsusi qeyd olunmalı məqam Haas komandasının pilotu Oliver Bermanın çıxışıdır. O, finişi dördüncü pillədə tamamladı və karyerasının ən yaxşı nəticəsini göstərdi. Komanda üçün bu, Roman Qrojanın 2018-ci ildə Avstriyada əldə etdiyi nəticənin təkrarı oldu.

 

Növbəti mərhələ Braziliyada (7–9 noyabr) — əfsanəvi İnterlaqos trasında baş tutacaq. Norris, Piastri və Ferstappen arasında titul uğrunda mübarizə davam edir.

 

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency