Ferstappen Las Veqasda qalib gəlib, McLaren isə diskvalifikasiya olundu

 

Las Veqas Qran-Prisi 2025 mövsümün ən çox müzakirə olunan mərhələlərindən birinə çevrilə bilər.

 

Maks Ferstappenin qələbəsi inamlı keçirdiyi həftəsonunun məntiqi nəticəsi kimi görünürdü, lakin əsas hadisələr Qran-Pridən sonra baş verdi. McLaren-in hər iki pilotu diskvalifikasiya olundu. Bu, çempionluq mübarizəsində dönüş nöqtəsi ola bilər.

 

Həftəsonu ümumilikdə kifayət qədər qeyri-sabit keçdi. Sərbəst yürüşlər zamanı trassın vəziyyəti komandalar üçün problemlər yaratdı. Hər sessiyada yeni lider vardı. Cümə günü Şarl Lekler və Lando Norris, şənbə günü isə Corc Rassell ən sürətli oldular.

 

Hamı xüsusilə sıralamanı gözləyirdi, lakin onun başlamasına bir saat qalmış yağış başladı. Tras tamamilə su ilə örtüldü. Bir çoxları qəza və qırmızı bayraqlar gözləyirdi, amma sıralama turu insidentsiz keçdi. 

 

Çempionatın lideri Lando Norris Las Veqasda sıralama turunda uğur qazanaraq, mövsümdə yeddinci, karyerasında isə 16-cı poulunu əldə etdi. Maks Ferstappen ikinci nəticəni göstərərək ilk cərgəni təmin etdi ki, bu da əsas rəqibi ilə mübarizədə kritik dərəcədə vacib idi. Üçüncü yeri Corc Rassell tutdu.

 

Yarışın startında Norris səhv edərək Ferstappen və Rasselli irəli buraxdı. Birinci döngə ümumilikdə insidentlərlə dolu idi. Qabriel Bortoletto (Sauber) Lens Strolla (Aston Martin) çırpıldı və hər iki sürücü mübarizəni dayandırdı. Kimi Antonelli (Mercedes) start zamanı yerindən tez tərpəndiyi üçün beş saniyə cəza aldı.

 

Ferstappen startda Rassellin hücumlarını dəf etdi, ilk dövrlərdə təzyiqə tab gətirdi və pit-stoplardan sonra tempi tam nəzarətdə saxladı. Bundan sonra heç kim ona yaxınlaşa bilmədi və o, mövsümdə altıncı, karyerasında isə 69-cu qələbəsini qazandı.

 

İkinci yeri Lando Norris tutdu. O 34-cü dövrədə problemlərlə üzləşən Rasselli keçə bildi və getdikcə fərqi artırmağa başladı.

 

Maraqlıdır ki, ötən il Las Veqas trası McLaren üçün heç uyğun deyildi. 2025-ci ildə isə hər şey fərqli idi. Komanda mükəmməl həftəsonu keçirdi: Norris poul qazandı, liderlik uğrunda mübarizə apardı və finişdə ikinci oldu. Piastri də rəqabətədavamlı görünürdü.

 

Lakin sevinc uzun çəkmədi. Yarışdan sonra texniki yoxlama kritik pozuntu aşkar etdi: hər iki maşının altındakı taxtanın qalınlığı icazə verilən 9 mm limitindən daha çox yeyilib. Hər iki pilot diskvalifikasiya edildi.

 

Bu, McLaren və Norris üçün çempionluq ambisiyalarına ağır zərbədir. Yarışdakı ikinci yeri itirmək Lando Norrisa baha başa gələ bilər. O, şəxsi hesabda komanda yoldaşı Piastri və Red Bull sürücüsü Maks Ferstappendən cəmi 24 xal öndədir.

 

McLaren-in diskvalifikasiyası nəticəsində podium tamamilə dəyişdi. Corc Rassell ikinci yerə yüksəldi, Kimi Antonelli isə gözlənilmədən üçüncü oldu.

 

Qarşıda iki final Qran-Prisi var. Mübarizə gələn həftə Qətərdə davam edəcək.

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency