FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ ÜÇÜN MARŞAL QEYDİYYATI BAŞLADI

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026 üçün marşal qeydiyyatına start verildi. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 24–26 sentyabr 2026-cı il tarixlərində keçiriləcək yarış üçün marşal proqramına qoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edir. Qeyd edək ki, builki yarış Azərbaycanın Formula 1 təqvimində ev sahibliyinin 10-cu ildönümü ilə əlamətdardır və bu xüsusi mərhələni qeyd etmək üçün marşal proqramına qoşulan könüllülər unikal və tarixi bir yarışın ayrılmaz hissəsinə çevriləcəklər.

Marşal ol, Formula 1 həyəcanını yerində yaşa!

Sürət və adrenalinin zirvəsi hesab olunan Formula 1 yarışının atmosferini trekə ən yaxın nöqtədən hiss etmək istəyən hər kəs üçün  fürsət yaradılıb. Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər Marşal proqramına qoşula bilər.

Marşallar trekdə operativ dəstək göstərərək yarışın təhlükəsiz və uğurlu keçirilməsinə töhfə verirlər.

Beynəlxalq rəsmi lisenziya əldə etmək fursəti

Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Fédération Internationale de l'Automobile (FIA) tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən Formula 1 qran priləri və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, ötən il keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi zamanı yarışın təhlükəsiz və uğurlu təşkilində 1200-ə yaxın marşal iştirak edib və onların 100-dən çoxu xarici ölkələrdən qatılıb.

Necə qoşulmaq olar?

Marşal proqramı haqqında daha ətraflı məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi veb-səhifəsindən əldə edə və ya [email protected] elektron ünvanına yazaraq öyrənə bilərsiniz.

Qeydiyyat linki:
https://www.bakucitycircuit.com/az/marshals

Bu unudulmaz təcrübənin bir hissəsi olun və Formula 1-in həyəcanını ən yaxın məsafədən yaşayın!

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ 2026-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency