
2026-cı il Formula 1 mövsümü bu həftəsonu Avstraliya Qran-Prisi ilə başlayaraq sürət, rəqabət və adrenalin dolu yeni yarış ilinə start verir. Yeni mövsüm azarkeşləri həyəcanda saxlayacaq bir sıra mühüm yeniliklərlə yadda qalacaq.
Yenilənmiş pilot heyətləri: Bir neçə komanda yeni pilot cütlükləri ilə mövsümə başlayır. Xüsusilə, Cadillac Formula 1-də debüt edərək start xəttində 11-ci iştirakçı kimi çıxış edəcək – bu, 2016-cı ildə Haas F1 Team yarışlara qoşulduqdan sonra çempionata əlavə olunan ilk yeni komandadır. Valtteri Bottas və Sergio Pérez Cadillac komandasında çıxış edərək seriyaya yeni dinamika və həyəcan qatacaqlar.
Yarış təqvimində daha bir şəhər: 2026-cı ildə ilk dəfə olaraq İspaniyanın paytaxtı Madrid şəhəri Qran-Priyə ev sahibliyi edəcək. Yarış Azərbaycan mərhələsindən dərhal əvvəl təqvimə daxil edilib.
Yenilikçi bolid dizaynları: 2026-cı il üçün FIA tərəfindən təsdiqlənmiş yeni qaydalar çərçivəsində aerodinamika yenilənib, güc qurğuları üzrə qaydalara dəyişikliklər edilib, o cümlədən batareya gücü artırılıb və dayanıqlı yanacaqlardan istifadəyə keçid gücləndirilib. Bu dəyişikliklər daha çevik və rəqabətədavamlı bolidlərin hazırlanmasına, daha sürətli dövrə vaxtlarına və trasda daha gərgin, həyəcanlı mübarizəyə şərait yaradacaq.
Gücləndirilmiş mühəndis heyətləri: Aparıcı komandalar mühəndislik və strategiya sahəsində fəaliyyətlərini yeni mərhələyə yüksəldiblər. Mercedes-AMG Petronas Formula One Team, Red Bull Racing və Ferrari texniki əməliyyatlarını gücləndirərək qabaqcıl məlumat analitikası və süni intellekt həllərindən istifadə etməklə performans təhlilini təkmilləşdirir və yarış zamanı daha effektiv qərarlar qəbul edirlər.
İrəliyə baxdıqda, 24–26 sentyabr 2026-cı il tarixlərində keçiriləcək Azərbaycan Qran-Prisi 10 illik yubileyini qeyd edəcək. Bakı küçələrində təşkil olunan bu möhtəşəm yarış artıq bir onillikdir ki, yüksək sürət və gərgin mübarizə ilə seçilir. Şəhərin tarixi memarlığı ilə müasir infrastrukturu birləşdirən unikal ab-havası dünyanın ən güclü pilotlarını, elit komandaları və on minlərlə beynəlxalq qonağı cəlb edir. Komandalar dünya üzrə 800 milyondan çox Formula 1 azarkeşi üçün performans sərgiləyərək Bakının mərkəzində unudulmaz yarış təcrübəsi təqdim edəcəklər.
Əlavə məlumat üçün azerbaijangp.com saytına daxil olun və @BCC səhifəsini Facebook, X, Instagram və TikTok platformalarında izləyin.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency