FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirir

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsindəFövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrəixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.

FHN-in Baş Əməliyyat İdarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgətəşkilatçılığı ilə keçirilən təlimin məqsədi yarış zamanı baş verə biləcək yanğınlarınqarşısının alınması, onların fəsadlarının aradan qaldırılması və xilasetmə işlərininoperativ şəkildə həyata keçirilməsi istiqamətində marşalların bilik, bacarıq və praktikitəcrübələrinin artırılmasıdır.

Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 186 nəfər marşal iştirak edib. Onlardan 60 nəfərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təşkil edib. Təlim çərçivəsindəiştirakçılar operativ reaksiyavermə və fövqəladə halların idarə olunması sahəsindəqarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Təlimin nəzəri hissəsində rəhbər marşallar komanda üzvlərinə yanğın təhlükəsizliyi, bucür hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onlarınbilik və bacarıqlarının təkmiləşdilməsi məqsədilə təqdimatlar ediblər. 

Praktiki hissədə isə FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri tərəfindən yanğıntəhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlardanistifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İyul ayından başlayan təlimlərin bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, növbəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-cı il 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin30-dan çox xüsusi texnikasının və 400-ə yaxın şəxsi heyətinin tədbirin təhlükəsizliyinintəmin olunmasına cəlb edilməsi planlaşdırılır.

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ 2026-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency