Azərbaycan Qran Prisinin ən fəal 5 könüllüsü Monakoya səfər edəcək

Müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük fəaliyyətinə maraq oyatmaq və Formula 1 yarışında yüksək fəallığı ilə fərqlənən könüllüləri mükafatlandırmaqdır.

BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova qaliblərin nəzəri və praktiki yoxlamalar əsasında müəyyənləşdirildiyini bildirib: “Bakıda Formula 1 yarışı zamanı 3 min könüllü xidmət göstərib və onların arasından 260 nəfər xüsusilə fərqlənib. Daha sonra bu könüllülər arasında yarışa hazırlıq çərçivəsində təşkil olunmuş təlim və seminarlara dair nəzəri imtahan keçirilib. Ən yüksək bal toplayan 5 könüllü Monako Qran Prisinə səfər etmək haqqı əldə edib.

Ümumilikdə bütün könüllülərimiz yarış ərəfəsində yüksək xidmət ortaya qoyublar. Fürsətdən istifadə edərək hər bir könüllümüzə şirkətimiz adından dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, burada qazanılan zəngin təcrübə könüllülərimizə gələcək peşəkar fəaliyyətlərində böyük uğurlara yol açacaq”.

Monakoya səfər edəcək könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq.

Qeyd edək ki, müsabiqədə ilk 10-luqda yer alan digər könüllülər - Aytac Qasımova, Xumar Cəmilli, Nuriyyə Nurəhmədova, Svetlana Məmmədova və Elnur Əbilhəsənov da qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

01

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency