Formula 1 Azərbaycan Qran Prisinə Geri Sayım Başladı: Yarışa Cəmi 2 Ay Qaldı!

19–21 sentyabr tarixlərində Bakıda baş tutacaq Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə cəmi 2 ay qalır! Yarışın startına sayılı günlər qaldıqca, şəhərdə motor sədalarının və böyük idmanın nəfəsi hiss olunmağa başlayır.

Bakı Şəhər Halqası ilk dəfə 2016-cı ildə Formula 1 Dünya Çempionatının bir mərhələsinə ev sahibliyi edib və bu tarixdən etibarən hər il yadda qalan anlara imza atıb. Azərbaycan Qran Prisi, təkcə mübarizə və sürət yox, həm də şəhər və mədəniyyətin birləşdiyi unikal tədbirə çevrilib.

Azərbaycan Qran Prisi ilk dəfə 2016-cı ildə “Avropa Qran Prisi” adı ilə baş tutdu və bu tarixdən etibarən həm yarış gərginliyi, həm də şəhər atmosferi ilə Formula 1 azarkeşlərinin sevimli mərhələlərindən birinə çevrildi. Hər il Bakıda yarış zamanı baş verənlər bir çox hallarda mövsümə təsir edən dönüş nöqtələri kimi tarixə düşüb.

2017-ci ildə “Ferrari”nin pilotu Sebastyan Fettel ilə “Mercedes”in sürücüsü Lüis Həmilton arasında yaşanan insident, 2018-ci ildə Valtteri Bottasın son döngədə şin partlaması səbəbilə əldən verdiyi qələbə və 2021-ci ildə həm Maks Ferstappenin qəzası, həm də Həmiltonun finişə bir neçə dövrə qalmış buraxdığı taktiki səhvbu yarışın gözlənilməz və dramatik ruhunu bir daha göstərmiş oldu.

2023-cü ildə Bakı yarış həftəsonu yenilənmiş formatda təqdim olundu. Sprint yarışı və sıralama turunun ayrı-ayrı günlərdə təşkili Bakı Qran Prisini mövsümdə fərqləndirən əsas mərhələlərdən birinə çevirdi. Həmin il “Red Bull” komandasının sürücüsü Serxio Peres burada ikinci dəfə qalib gələrək Bakı yarışının uğurlu pilotuna çevrildi.

Azərbaycan Qran Prisi təkcə yarış deyil, həm də şəhərin mədəni həyatında mühüm rol oynayan tədbirdir. Müxtəlif illərdə yarışla paralel olaraq keçirilən konsert proqramlarında dünya ulduzları çıxış ediblər. Kris Braun, Enrike İqlesias, “The Black Eyed Peas”, Dua Lipa, Cemiroquay və Kardi Bi kimi sənətçilər Bakı səhnəsində on minlərlə insan qarşısında çıxış edərək yarış həftəsonuna unudulmaz əyləncə bəxş ediblər.

Bu il keçiriləcək Qran Pri həm idman baxımından, həm də təşkilati yeniliklərlə daha da fərqli olacaq. Paytaxtın mərkəzində – İçərişəhər, Azadlıq meydanı və Bakı bulvarı kimi ərazilərdən keçən Bakı şəhər halqası sürət, strategiya və texniki bacarığın birləşdiyi unikal mübarizə məkanıdır. Azarkeşləri isə fan zonalarda interaktiv tədbirlər, musiqi proqramları və sürpriz dolu yarış həftəsonu gözləyir.

Yarışa cəmi iki ay qalır və artıq bütün diqqətlər yenidən Bakıya yönəlib. Dünyanın ən sürətli pilotları, ən güclü komandaları və milyonlarla tamaşaçı bir daha Azərbaycanın paytaxtında görüşəcək. Geri sayım başladı – Bakı bu payız yenidən Formula 1-in paytaxtına çevrilməyə hazırlaşır.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency