Paytaxtımız doqquzuncu dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi edir və həyəcan artıq hədsizdir. Bu gün ənənəvi Pit leyn gəzintisi ilə sürət həvəskarları yarış həftəsonuna möhtəşəm başlanğıc ediblər.
Saat 16:00-da başlayan və təxminən iki saat davam edən gəzinti yalnız üç günlük bilet sahiblərinə xüsusi imtiyaz təqdim etdi. Minlərlə azarkeş sevimli komandalarının qarajlarını yaxından görərək Ferrari, Red Bull Racing və Mercedes kimi nəhənglərin bolidlərinin hazırlıq prosesinə şahid oldular.
Azarkeşlər eyni zamanda dünya şöhrətli pilotlarla şəkil çəkdirərək unudulmaz xatirələr topladılar. Mühərriklərin gurultusu, mexaniklərin sürətli işi və pit-leyndəki həyəcanlı ab-hava tamaşaçılara Formula 1 dünyasının pərdəarxasına unikal baxış imkanı yaratdı.
Pit leyn gəzintisi yarış həftəsonunun açılışı kimi azarkeşlərə həm adrenalini, həm də atmosferi ilk gündən hiss etdirdi.
Xatırladaq ki, Bakı yarışı Formula 1 təqviminin ən maraqlı etaplarından biridir və bu il 19–21 sentyabr tarixlərində keçiriləcək.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency