Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2018 Formula 1 Azərbaycan Qran Prisi dəstək qrupu üçün geyim dizaynı müsabiqəsini elan edir. Qalib pul mükafatı (1000 AZN), Formula 1 Azərbaycan Qran Prisində dəstək grupu üçün kostyum dizaynı hazırlanmasını təsdiq edən sertifikat və dizayn işində yeni mərhələyə qalxmaq imkanı əldə edəcək.
Müsabiqədə iştirak edəcək dizaynerlər özündə həm milli, həm də idman stilini birləşdirən üst geyimi, ayaq geyimi və aksesuar dizaynları təqdim etməlidir. Qran Pri aprel ayında baş tutacağından təqdim olunan obrazlar sərin hava şəraitinə uyğun olmalıdır. Bundan başqa, geyimlərin tikişi zamanı hansı parça növündən istifadə olunacağı da iştirakçı tərəfindən qeyd olunmalıdır. Hazırlanmış dizaynlar eskiz formatında [email protected] e-poçt ünvanına göndərilməlidir.
Hər bir namizəd maksimum 3 variant təklif edə bilər.
Eskizlərin son qəbul tarixi: 5 dekabr 2017.
Qeyd: Müsabiqədə yalnız Azərbaycan vətəndaşları iştirak edə bilər.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency