Könüllülər bu il də müxtəlif sahələrdə – media, akkreditasiya, protokol, tamaşaçı xidmətləri, təhlükəsizlik və digər istiqamətlərdə fəaliyyət göstərərək, yarış həftəsonunun uğurla reallaşmasına mühüm töhfə verirlər.
Seçilmiş könüllülər arasında tələbələr, gənc mütəxəssislər və müxtəlif peşə sahibləri yer alır. Onlar beynəlxalq təcrübə qazanmaqla yanaşı, böyük komanda ruhunu yaşayır, gələcək karyeraları üçün dəyərli bacarıqlar əldə edirlər.
Artıq 9 ildir keçirilən Formula 1 Azərbaycan Qran Prisi minlərlə gəncin inkişafına və könüllülük mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.
Bakı yarışında bu il də minlərlə könüllü yüksək əzimkarlıq göstərir. Yarış üçün ümumilikdə 31 min nəfər könüllü olmaq üçün qeydiyyatdan keçib. Onlardan 2 min nəfər Bakıdakı yarışın təşkilində iştirak üçün seçilib. Bu göstərici indiyədək qeydə alınmış rekord müraciət kimi tarixə düşüb.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency