MAKS FERSTAPPEN FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-İN QALİBİ OLDU

Maks Ferstappen Bakı şəhər trasında möhtəşəm çıxış edərək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in qalibi oldu. Bu, niderlandlı pilotun Bakıdakı ikinci qələbəsi kimi tarixə düşdü.

“Red Bull Racing” komandasının pilotu poul mövqeyindən start götürdükdən sonra 51 dövrənin hamısına liderlik edərək finiş xəttini “Mercedes”in sürücüsü Corc Rasselldən 14 saniyədən çox fərqlə birinci keçdi. “Williams” komandasının pilotu Karlos Sayns isə üçüncü yeri tutaraq yeni komandası ilə ilk podiumunu qazandı.

Dördüncü yeri gənc “Mercedes” sürücüsü Kimi Antonelli tutdu. “Racing Bulls” pilotu Liam Louson isə karyerasının ən yaxşı nəticəsini göstərərək beşinci oldu. Maksın komanda yoldaşı Yuki Tsunoda isə altıncı pillədə qərarlaşaraq “Red Bull Racing” üçün mövsümün ən yaxşı nəticələrindən birini təmin etdi.

“McLaren” sürücüsü Lando Norris yeddinci yerdə finiş xəttini keçdi və yarışın ilk dövrəsində qəza edərək mübarizədən kənar qalan komanda yoldaşı çempionatın lideri Oskar Piastri ilə xal fərqini 25-ə endirməyi bacardı. Eyni zamanda, Piastrinin ardıcıl 42 yarışlıq xal qazanmaq seriyası da Bakıda qırıldı.

“Ferrari”nin pilotları Lyuis Hemilton və Şarl Lekler növbəti yerləri tutdular - bununla da “McLaren” komandasına Bakıda Mühəndislər Kubokunu qazanmağa imkan vermədilər. İlk onluğu isə “Racing Bulls” komandasından Ayzek Həcərr tamamladı.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Bakı yarışından sonra Oskar Piastrinin çempionatda liderliyi davam edir - 324 xal, onun komanda yoldaşı Lando Norris isə ikincidir - 299 xal. Maks Ferstappen isə paytaxtımızdakı qələbə ilə qarşıdakı sürücülərlə fərqi bir xeyli azaltdı - 255 xal.

Bakı Şəhər Halqası bir daha gərginliyi və həyəcanı ilə Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadaraq, mövsümün ən dramatik və gözlənilməz yarışlarından birinə şahidlik etdi.

Azərbaycan Qran Prisi 2025 – İlk 5 nəticə

  1. Max Ferstappen – Red Bull Racing
  2. Corc Rassell – Mercedes
  3. Karlos Sayns – Williams
  4. Kimi Antonelli – Mercedes
  5. Liam Louson – Racing Bulls

 

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency