Lando Norris Macarıstan Qran-prisini qazanaraq mövsümdə ilk qələbəsini əldə edib

Lando Norris Macarıstan Qran-prisinin qalibi olaraq mövsümdə ilk, Formula 1 karyerasında isə 12-ci qələbəsini qazanıb. McLaren pilotu Maks Ferstappeni və çempionatın lideri Kimi Antonellini geridə qoyub.

 

Macarıstan mərhələsi gərgin mübarizə şəraitində keçib. Bütün sərbəst yürüşlər qırmızı bayraqlarla dayandırılıb, qüvvələr nisbəti isə əvvəlki həftə Spa-Frankorşamda keçirilən yarışdan xeyli fərqli olub. Cümə günü ən sürətli Lyuis Hemilton olsa də, şənbə günü təşəbbüsü Lando Norris ələ alıb. Britaniyalı pilot son sərbəst yürüşü və sıralama turunu qazanaraq McLaren-ə mövsümdə ilk poul qazandırıb.

 

Norris və Şarl Lekler yarışa ilk cərgədən, Oskar Piastri və Maks Ferstappen ikinci, Lyuis Hemilton və Corc Rassell isə üçüncü cərgədən start veriblər. Çempionatın lideri Kimi Antonelli yarışa yeddinci yerdən başlayıb.

 

Startda Piastri həm Lekleri, həm də Norrisi geridə qoyaraq liderliyə yüksəlib. Rassell isə bolidində yaranan problem səbəbindən pelotonun sonuna düşüb.

 

Pit-stopların ilk dalğasından sonra Piastri liderliyini qoruyub. Norris ikinci, Ferstappen üçüncü, Hemilton dördüncü, Lekler isə beşinci olub. Antonelli altıncı yerdə irəliləyib.

 

31-ci dövrədə Hemilton ikinci pit-stopunu edib və trasa qayıtdıqdan sonra İsak Hacarı ötərək tempini artırıb. Norris isə rəqiblərindən daha gec pit-stop edərək trasa Piastrinin önündə qayıdıb.

 

46-cı dövrədə Norris Antonellini ötərək yarışın liderliyini ələ keçirib.

 

Yarışın həlledici anı 56-cı dövrədə yaşanıb. Piastrinin bolidi sürətini itirib və sürətlər qutusundakı problem səbəbindən trasda dayanıb. Virtual Təhlükəsizlik Avtomobili rejimi elan olunub bundan Norris, Hemilton və Lekler də daxil olmaqla bir çox pilot yararlanıb.

 

Pit-stopdan sonra Hemilton Antonelli ilə yanaşı trasa qayıtsa da, əvvəlcə önə keçməsinə baxmayaraq, sonradan komandanın göstərişi ilə italiyalı pilotu önə buraxıb. Britaniyalı pit-leyn sürət limitini aşdığına görə beş saniyəlik cərimə alıb.

 

Restartdan sonra Norris liderliyini qoruyub, Ferstappen ikinci yerə yüksəlib. Antonelli isə Hemiltonun təzyiqinə baxmayaraq üçüncü mövqeyini saxlayıb. Lekler isə komanda yoldaşından beş saniyədən çox geri qalmamağa çalışaraq cərimədən sonra onu geridə qoymağa cəhd edib.

 

Nəticədə Lando Norris Macarıstan Qran-prisinin qalibi olaraq mövsümdə ilk, Formula 1 karyerasında isə 12-ci qələbəsini qazanıb. Maks Ferstappen ikinci, Kimi Antonelli isə üçüncü yeri tutaraq çempionatdakı üstünlüyünü daha da artırıb.

 

Hemilton finiş xəttini dördüncü keçsə də, cəriməyə görə Leklerə uduzub. Niko Hülkenberq isə doqquzuncu yeri tutaraq mövsümdə ilk xallarını qazanıb.

 

Macarıstan Qran-prisindən sonra Formula 1 yay fasiləsinə yollanır. Çempionat avqustun sonunda Zandfortda keçiriləcək Niderland Qran-prisi ilə bərpa olunacaq.

 

 

 

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ 2026-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency