Odlar yurdu dünən Keti Perrinin ritmləri ilə alovlandı!

İşıqlar söndü, musiqi başladı və Bakı Kristal Zalında minlərlə səs Keti Perrinin mahnılarına qoşuldu. Dünən gecə Formula 1 həftəsonunun enerjisi bir anlıq trekdən səhnəyə keçdi.

“Roar”, “Firework”, “Dark Horse”, “Hot N Cold”, “I Kissed a Girl” və digər məşhur hitlərini səsləndirən Keti Perri gecə boyu tamaşaçıları ritmdə saxladı. Səhnə quruluşu, işıqlandırma və xüsusi effektlər isə şounun enerjisini daha da artırdı.

Gün ərzində Bakı Şəhər Halqasında bolidlərin sürəti və yarış həyəcanı ön planda idi. Axşam isə bu tempin ünvanı dəyişdi. Trekdə mühərriklər, Bakı Kristal Zalında isə musiqi gecəni öz ritminə bürüdü.

Keti Perrinin səhnədə yaratdığı atmosfer təsadüfi deyil. Onun mahnıları dünya üzrə 115 milyarddan çox dinləmə toplayıb. Pop ulduzu həmçinin “Capitol Records” tarixində ən çox albom satan qadın sənətçidir.

Bu miqyasda dünya ulduzunun Bakıda səhnəyə çıxması Keti Perri pərəstişkarları üçün xüsusi gecəyə çevrildi.

Dünən gecə Bakı musiqi ilə coşdu. Bu gün isə bütün diqqətlər 10-cu yubiley Azərbaycan Qran-Prisindədir.

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqini istifadə edirsənsə, sürət səninlədir. Bu tətbiq ilə Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 haqqında bütün yeniliklər cibindədir.

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency