Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq

Bu gün keçiriləcək 10-cu yubiley Azərbaycan Qran-Prisi 56 xarici televiziya kanalı və yayım platformasında canlı yayımlanacaq. Yarışı yayımlayan əsas beynəlxalq media qurumları arasında Sky, beIN SPORTS, Canal+, ESPN/Disney, DAZN və BBC Radio 5 Live yer alır.

 

Azərbaycan Qran-Prisinə beynəlxalq marağın miqyasını əvvəlki illərin izlənmə göstəriciləri də nümayiş etdirir. Ötən il Formula 1 yarışlarını ümumilikdə 72 milyondan çox insan izləyib. Həmin il ABŞ-ın ESPN kanalında Azərbaycan Qran-Prisinin əsas yarışını təxminən 1,1 milyon tamaşaçı izləyib. Bu, ABŞ televiziya tarixində Azərbaycan Qran-Prisi üçün rekord izlənmə göstəricisi olub.

 

Azərbaycan Qran-Prisinin qlobal auditoriyası əsasən Böyük Britaniya, Avstriya, Niderland və İtaliya kimi ölkələri əhatə edir.

 

Bu gün isə 10-cu yubiley yarışının növbəsidir. Bakı Şəhər Halqasında bolidlər mübarizəyə başlayarkən, dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçı Azərbaycan Qran-Prisini ekranlardan canlı izləyəcək.

 

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqini istifadə edirsənsə, sürət səninlədir. Bu tətbiq ilə Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 haqqında bütün yeniliklər cibindədir.

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency