Bakıda ilk qələbəsini qeyd edən Maks Ferstappen ötən ilki uğursuzluqdan sonra Bakı trekində qalib gəlməyin həyəcanını yaşamaq barədə qeyd edib: “Baxmayaraq ki, burada ötmə etmək asan deyil, Baki treki özünəməxsusdur. Yarış həftəsonu boyu boliddə özümü rahat hiss edirdim. Şənbə günü bəzi çətinliklər yaşamağımıza baxmayaraq, qələbəmizə sevinirik”.
“Komanda ilə kommunikasiya qırıqlığı yaşasaq da, ümumilikdə yaxşı nəticə aldığımızı düşünürəm. Tempimizin üzərində işləməliyik”, - ikinci yerdə qərarlaşmış Peres söyləyib.
Xatırladaq ki, bu, Peresin Bakıda ümumilikdə dördüncü, Red Bull komandasının tərkibində isə ikinci podiumudur.
Corc Rassel bolidi sürməyin çətinlikləri barədə söz açıb: “Düşünürəm ki, hal-hazırda bolidin yırğalanmağı ən böyük problemimizdir. Amma rəqiblərin düşdüyü vəziyyətdən də istifadə etməyi bacarmaq lazımdır və biz belə də etdik”.
Qeyd edək ki, bu podium Rasselin Mercedes komandası ilə layiq görüldüyü ilk Bakı podiumudur.
Bu il də fərqli pilotun qalib gəlməsi ilə “Bakı sindromu” – hər yarış fərqli pilotun qalib gəlməsi ənənəsi davam edir.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency