Fevral

13

Azərbaycan Respublikasının Prezidenti Formula-1 Qrupunun baş icraçı direktoru ilə görüş keçirib

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Keri ilə görüşüb. Görüş zamanı 27-29 aprel tarixində Bakıda keçiriləcək 2018 Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən 13 fevral 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində təşkil olunan “İrimiqyaslı İdman Yarışlarının Keçirilməsinin Ölkəyə Faydaları” adlı beynəlxalq konfransda spiker qismində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Çeyz Keri konfransdan əvvəl Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimovla birlikdə Prezident İlham Əliyevin qəbulunda olub.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Görüş zamanı Azərbaycanda keçirilən Formula 1 yarışının təşkilati məsələləri, yarışın turizmin inkişafına və ölkənin dünya miqyasında tanınmasına verdiyi töhfələr xüsusilə vurğulanıb. Çeyz Keri yarışlar üçün Bakıda çox gözəl şəraitin yaradıldığını bildirib.

Xatırladaq ki, bu, Çeyz Kerinin Azərbaycana ilk səfəri deyil. Ötən il iyun ayında Prezident İlham Əliyev Bakıda cənab Keri ilə görüş keçirmişdi.