Qanadlar dəyişdi, nəticə dəyişmədi: “McLaren” yenə zirvədə!


75-ci ildönümünü qeyd edən Formula 1 Dünya Çempionatının İspaniya mərhələsi mövsümün 2-ci üçdəbirinə start verib. Barselona yaxınlığındakı Montmeloda keçirilən yarış FİA-nın ön qanad elastikliyinə dair tətbiq etdiyi yeni texniki məhdudiyyətlərlə diqqət çəkdi. Komandalar dəyişikliklərə uyğunlaşmaq üçün yenilənmiş maşınlarla trasda yer alsalar da, liderlik dəyişmədi: “McLaren” bir daha gücünü ortaya qoydu.

Cümə və şənbə günü Oskar Piastri və Lando Norris rəqiblərindən üstün performans göstərərək sıralanma turunda ilk iki yeri tutdular. Oskar karyerasının 4-cü poulunu qazanmaqla yanaşı, “McLaren”ə 170-ci poul sevincini yaşatdı.

Yarışın startında Maks Ferstappen Norrisi geridə qoydu, lakin təkərlərin tez yeyilməsi onun tempini aşağı saldı. 13-cü dövrədə Lando onu ötərək ikinci yerə yüksəldi. Oskar isə artıq 6 saniyə fərq yaratmışdı. Ferstappenin erkən pit strategiyası ilk mərhələdə nəticə versə də, otempini qorumaqda çətinlik çəkdi.

Son dövrlərdə Andrea Kimi Antonellinin bolidində baş verən nasazlıqdan sonra Təhlükəsizlik maşını trasda göründü və fərqlər sıfırlandı. Komandalar yeni təkərlər üçün boksa tələsdi. Maraqlıdır ki, hamı yumşaq (qırmızı) təkərə keçsə də, “Red Bull” Maks üçün sərt (ağ) təkəri seçdi – bu qərar ona baha başa gəldi.

Yenidən start verildikdən sonra Lekler Maksa hücum edərək podiuma yüksəldi. Maks isə qayda pozuntusuna görə +10 saniyəlik cərimə aldı. Nəticədə Oskar Piastri mövsümdə 5-ci, karyerasında isə 7-ci qələbəsini qazandı. Lando Norris ikinci yeri tutaraq “McLaren”in dublunu tamamladı. Üçüncü yeri Şarl Lekler əldə etdi.

Corc Rasl podiuma yaxın olsa da, dördüncü yeri tutdu. Niko Hülkenberq (“Sauber”) sürpriz şəkildə beşinci yeri tutdu. Xallarhəmçinin Hemilton, Həcər, Qasli, Alonso və cərimədən sonra geriləyən Ferstappenin aktivinə yazıldı.

Bu nəticə ilə Piastri 186 xalla liderliyini möhkəmləndirib. Norris 10 xal geridədir. Ferstappen isə 137 xalla üçüncü sıradadır. “Ferrari” ikinci yerə yüksəlsə də, “McLaren”lə aradakı fərq 200 xaldır.

Çempionatda növbəti dayanacaq iki həftə sonra Kanadadır.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency